Özbəkistanın Səmərqənd vilayətində "Birlik-2025" birgə regional təliminin koordinasiya toplantısı keçirilib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış olublar.
Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr tərəfindən icra edilib.
"Birlik-2025" regional təlimində Azərbaycanın komando və PUA heyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14 fəaliyyətin icrasında iştirak edəcəklər.
Bizim.Media

- A-
- A
- A+
Region
19:25 / 13.10.2025
"Birlik – 2025” birgə təliminin koordinasiya toplantısı keçirildi - FOTO
Hazırda oxunan: "Birlik – 2025” birgə təliminin koordinasiya toplantısı keçirildi - FOTO
Hazırda oxunan: "Birlik – 2025” birgə təliminin koordinasiya toplantısı keçirildi - FOTO
575077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.