Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətindən yararlanaraq epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə qeyd edir ki, bundan əvvəl Ərdoğan Rusiya liderini Türkiyəyə dəvət etdiyini və Kremldən cavab gözlədiyini bildirmişdi.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Putini Türkiyəyə dəvət etdi
“Bəli, bu mövzu prezident Putin və Ərdoğan arasında son bir neçə təmasda dəfələrlə qaldırılıb”, – Peskov jurnalistlərə deyib.
O qeyd edib ki, iki prezidentin rəhbərlik etdiyi hökumətlərarası komissiyanın və ikitərəfli münasibətlərin ali orqanının keçirilməsində müəyyən fasilə yaranıb. Ərdoğan bütün bu tədbirləri Türkiyədə keçirməyə hazır olduğunu bildirib.
"Prezident Putin bu dəvəti minnətdarlıqla qəbul etdi. Və onlar razılaşdılar ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi, mütləq bu dəvətdən yararlanacaq", - Peskov bildirib.
Bizim.Media