Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası ölkə prezidentliyinə namizədlə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı armlur.am saytı öz mənbələrinə istinadən yazır.
KİV-in məlumatına görə, Ermənistanda keçiriləcək prezident seçkilərində Paşinyanın partiyasından baş nazir aparatının rəhbəri, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyan namizəd olacaq.
Nəşr qeyd edir ki, məhz bu qərara görə hazırda kadr dəyişiklikləri aparılır. O cümlədən, Nairi Sarkisyan baş nazirin köməkçisi vəzifəsindən azad edilib.
Arayik Arutyunyan baş nazir aparatının rəhbəri postunu tərk edərsə, onun yerini Sarkisyan tutacaq.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan bazar günü axşam istefa verib və atdığı addımı prezidentin dövlət və millət üçün ən vacib məsələlərə təsir etmək üçün lazımi alətlərə malik olmaması ilə izah edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:52 / 26.01.2022
Arayik Arutyunyan Ermənistan prezidenti ola bilər - FOTO
Hazırda oxunan: Arayik Arutyunyan Ermənistan prezidenti ola bilər - FOTO
Hazırda oxunan: Arayik Arutyunyan Ermənistan prezidenti ola bilər - FOTO
57255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.