Gürcüstanlı siyasətçi Qarabağ münaqişəsi HAQDA: 30 ildir ki, siyasi ab-havanı zəhərləyib

Gürcüstanlı siyasətçi Qarabağ münaqişəsi HAQDA: 30 ildir ki, siyasi ab-havanı zəhərləyib

Hazırda oxunan: Gürcüstanlı siyasətçi Qarabağ münaqişəsi HAQDA: 30 ildir ki, siyasi ab-havanı zəhərləyib

57113

“Düşünürəm ki, Bakı ilə İrəvan arasında sülh nəinki mümkündür, həm də zəruridir və bütün xarici oyunçular arasında bunda ən çox Gürcüstan maraqlıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Gürcüstan xarici işlər nazirinin keçmiş müavini, politoloq Nikoloz Vaşakidze caliber.az-a müsahibəsi zamanı “Sizcə, Bakı ilə İrəvan gələcəkdə barışa biləcəkmi?” sualına cavab verərkən səsləndirib.

O, xatırladıb ki, qonşular (Azərbaycan və Ermənistan)  arasında münaqişə 30 ildən artıqdır ki, regionda siyasi və iqtisadi ab-havanı zəhərləyib:

“Bu müddət ərzində nə qədər imkanların əldən verildiyini dərk etmək acıdır. Münaqişə mahiyyət etibarilə ölkələrimiz arasında regional üçtərəfli əməkdaşlığın inkişafına imkan vermədi. Cənubi Qafqaz bu gün hər cəhətdən çiçəklənən region ola bilər”.

Vaşakidzenin fikrincə, problem həll edilməli və hər vasitə ilə Bakı ilə İrəvan arasında sülh əldə edilməlidir:

“Bunun üçün hər kəs müdriklik, səbr və güzəştə getmək istəyi nümayiş etdirməlidir. Yəqin ki, Ermənistan öz maraqlarını obyektiv mövcud imkanlarla balanslaşdırmalı olacaq. Azərbaycan da problemin həllində irəliyə gedərkən nəzərə almalıdır ki, Ermənistan öz simasını və ləyaqətini qoruyub saxlamalı, öz xeyrini almalıdır. Gürcüstan da öz növbəsində iki qonşusunu bütün sahələrdə əməkdaşlıq platforması ilə təmin etməlidir. Hamımız yadda saxlamalıyıq ki, tərəflərdən birinin ləyaqətinin və mənafeyinin kobud surətdə pozulması yolu ilə əldə edilən heç bir həll etibarlı və davamlı ola bilməz və şübhəsiz ki, gələcəkdə öz pis zərbələrini verəcəkdir”.

O, hesab edir ki, əsas məsələ regionda intensiv və səmərəli iqtisadi əməkdaşlığın və inkişafın təmin edilməsidir:

“Mümkün qədər digər ölkələri və beynəlxalq institutları əhatə edən çoxlu layihələr olmalıdır. Bu, insanlara qarşılıqlı əlaqə qurmağı, birlikdə işləməyi və əldə edilən rifahı dəyərləndirməyi öyrədəcək. Biz o qədər də uzaq olmayan keçmişdən bilirik ki, ermənilər və azərbaycanlılar dostluq və əməkdaşlıq edə bilərlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO