Türkiyə Ermənistanın müxtəlif bölgələrinə təyyarə reysləri açacaq – MÜZAKİRƏ GEDİR

Türkiyə Ermənistanın müxtəlif bölgələrinə təyyarə reysləri açacaq – MÜZAKİRƏ GEDİR

Hazırda oxunan: Türkiyə Ermənistanın müxtəlif bölgələrinə təyyarə reysləri açacaq – MÜZAKİRƏ GEDİR

57049

Türkiyə Ermənistanın müxtəlif bölgələrinə təyyarə reysləri açmağı planlaşdırır.

Bizim.Media “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə prezidentinin administrasiyasında Ermənistanın müxtəlif bölgələrinə aviareyslərin açılması ilə bağlı müzakirələr aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Ermənistanı Moskvaya aparan SƏBƏB: Kremldə hansı plan qurulub? 


Mənbə qeyd edir ki, müzakirələrdə Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi məsələsinə də toxunulub.

"İlk addım olaraq Ermənistanla hava əlaqələrinin açılması qərara alınıb. Bundan sonra digər bölgələrə uçuşlar məsələsi gündəmə gətiriləcək. Xüsusilə, Van ermənilər üçün turizm mərkəzinə çevrilə bilər. Eyni zamanda, ermənilərin böyük önəm verdiyi Qars yaxınlığındakı körpü və bəzi tarixi tikililərin bərpası nəzərdə tutulur. Erməni diasporunun təzyiqini azaltmaq üçün eyni zamanda ticarət əlaqələri də genişləndiriləcək”, - qəzet vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO