"Gürcüstanda Rusiya vətəndaşlarının təhlükəsizlik zəmanətlərinin yetərli olmadığı arqumenti əsassızdır".
Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazirinin Rusiya Federasiyası ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze, Rusiyanın XİN rəhbərinin açıqlamasına fikir bildirərkən deyib.
Abaşidzenin sözlərinə görə, Rusiyadan müvafiq iradə olarsa, pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqdan sonra, uçuşların bərpası üçün konkret addımlar atıla bilər:
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanın “3+3”dən imtina səbəbləri Rusiya deyil? – Detallar haqqında ÖZƏL SÖHBƏT
“Biz birbaşa uçuşların bərpası ilə bağlı dəfələrlə açıq danışmışıq. Biz buna tam hazırıq. Rusiya tərəfinin qərarı ilə 2019-cu ildə birbaşa hava hərəkəti dayandırılıb və onların hazırlığı varsa, pandemiyadan başqa heç bir porblem yoxdur.
O ki qaldı onların bu məsələnin kontekstində irəli sürdükləri iki arqumentə - sanki burada Rusiya vətəndaşlarının təhlükəsizliyinə verilən təminatlar kifayət etmir. Mən onlara dəfələrlə demişəm ki, son illər Gürcüstana çoxlu rusiyalı turist gəlib. Bu il də pandemiyaya baxmayaraq, çox sayda turist gəlib və hələ də buradadır. Onların təhlükəsizlik problemi yoxdur.
Deməli, Rusiya tərəfinin bu arqumenti əsassızdır. Onların istinad etdikləri anti-Rusiya ritorikasına gəlincə, bizim baxışımız ondan ibarətdir ki, biz heç kimə tənqidi qadağa qoya bilmərik, xüsusən də tənqid üçün əsas olanda. Deməli, onlar istəsələr, biz də hazırıq”, - deyə Z. Abaşidze bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi “Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılmasına, mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına, ikitərəfli əlaqələrin bərpasına və inkişafına” sadiqdir deyə bir açıqlama etmişdi.
Bizim.Media