İbrahim Rəisi: “İran nüvə silahı yaratmır”

İbrahim Rəisi: “İran nüvə silahı yaratmır”

Hazırda oxunan: İbrahim Rəisi: “İran nüvə silahı yaratmır”

56365

“İran nüvə silahı yaratmaqla məşğul deyilş Bu, respublikanın müdafiə strategiyasında nəzərdə tutulmayıb”.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan İran prezidenti İbrahim Rəisi Dövlət Dumasının plenar iclasında çıxışı zamanı deyib. 

“İran İslam Respublikasının ali rəhbərinin göstərişinə uyğun olaraq siyasətimiz ondan ibarətdir ki, biz nüvə silahı hazırlamırıq, bu, bizim müdafiə strategiyamızda yoxdur”.
 

MÖVZU İLƏ BAĞLI:

İran prezidentindən ilginc PROQNOZ: “NATO tezliklə dağılacaq” 


Rəisi həmçinin qeyd edib ki, Qərb İrana qarşı sanksiyaları “səmərəli və ciddi şəkildə” aradan qaldırarsa, İran nüvə sazişi üzrə razılaşmalar əldə etmək niyyətindədir.

“Biz hüquqlarımızı həyata keçirməkdən başqa heç nə istəmirik və İran İslam Respublikası qarşı tərəflərin sanksiyaları effektiv və ciddi şəkildə aradan qaldırmaq istəyəcəkləri təqdirdə, razılaşmalara çox ciddi yanaşır”, - deyə İran lideri əlavə edib. 

Qeyd edək ki, bu il yanvarın 3-də Vyanada İranın nüvə proqramı ilə bağlı təmasların ilkin formada bərpası və ABŞ-ın bu çoxtərəfli sazişə qaytarılması məqsədi ilə danışıqların səkkizinci raundu bərpa olunub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO