İrəvanda Xocalı qatili Serj Sarkisyanın məhkəməsi gedir

İrəvanda Xocalı qatili Serj Sarkisyanın məhkəməsi gedir

Hazırda oxunan: İrəvanda Xocalı qatili Serj Sarkisyanın məhkəməsi gedir

55196

Yanvarın 13-də İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsinin Avan və Nor Nork iqamətgahlarında Ermənistanın eks-prezidenti, Xocalı qatli Serj Sarkisyan, “Flash” şirkətinin sahibi Barseq Beqlaryan və Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin keçmiş rəisi Gevork Arutyunyanın işi üzrə məhkəmə iclası keçirilir.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, uzun müddətdir ki, bu iş üzrə məhkəmə iclası olmayıb. İş üzrə müttəhimlər Serqo Karapetyan və Samvel Qalstyan koronavirusdan ölüblər.

Serj Sarkisyana qarşı ittiham Serqo Karapetyanın ifadəsinə əsaslanıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın təşkilatçılığı, “Flash” MMC-nin sahibi Barseq Beqlaryanın təhriki, Ermənistan Respublikasının kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvelin köməyi ilə Qalstyan və həmin nazirliyin bitkiçilik şöbəsinin müdiri Gevork Arutyunyan, Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək Ermənistan hökumətinin ehtiyat fondundan 489.160.310 litr dizel yanacağı israf edib.

Xatırladaq ki, Serj Sarkisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə ittiham irəli sürülüb. Eks-prezident ittihamı qəbul etmir, vəkilləri bu prosesi siyasi təqib kimi qiymətləndirirlər.

Xatırladaq ki, Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bu səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib.

Tomas de Vaalın “Xocalı soyqırımı haqqında nə düşünürsünüz?” sualına Sarkisyan belə cavab verib:

“Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO