Kremldən ABŞ və NATO ilə aparılan danışıqlar barədə daha bir AÇIQLAMA

Kremldən ABŞ və NATO ilə aparılan danışıqlar barədə daha bir AÇIQLAMA

Hazırda oxunan: Kremldən ABŞ və NATO ilə aparılan danışıqlar barədə daha bir AÇIQLAMA

55190

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı keçirilən danışıqları uğursuz adlandırıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb. 

Peskov bildirib ki, Rusiya Federasiyası, ABŞ və NATO arasında Cenevrə və Brüsseldə məsləhətləşmələrin fundamental məsələlərində fikir ayrılıqları qeydə alınıb. Danışıqlar konkret fundamental suallara konkret cavablar almaq üçün başlayıb. Bu, pisdir, bunu yalnız baş tutan iki raund üçün mənfi hesab etmək olar", - deyə mətbuat katibi qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan ABŞ-a vacib TELEFON ZƏNGİ - Putinin təklifi nədir?


Onun sözlərinə görə, Rusiyanın ABŞ-la danışıqları davam etdirmək üçün həmişə siyasi iradəsi olub:

“Biz dəfələrlə Vaşiqtonun bu danışıqları aparmaq istəməməsi ilə qarşılaşmışıq. İnanıram ki, danışıqları bundan sonra da davam etdirmək üçün siyasi iradə qıtlığı olmayacaq. Görüşlərdə konkret nəticə əldə edilməli, konkret cavab alınmalıdır”, - deyə o vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO