Əsir düşən erməni əsgərlərin yaxınları İrəvanda etiraz aksiyası keçirir

Əsir düşən erməni əsgərlərin yaxınları İrəvanda etiraz aksiyası keçirir

Hazırda oxunan: Əsir düşən erməni əsgərlərin yaxınları İrəvanda etiraz aksiyası keçirir

54859

Ermənistanın Şirak rayonundan xidmətə göndərilən və yanvarın 11-də əsir götürülən hərbi qulluqçuların yaxınları respublika hökumətinin binası qarşısında etiraz aksiyası keçirirlər. 

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, onlar oğullarının qaytarılmasını tələb edirlər.

Xatırladaq ki, Yeni il gecəsi hökumət binasının qarşısında həmin şəxslər oturaq aksiya keçirmişdilər. Onların əllərində ingilis dilində “Erməni hərbi əsirlərinə azadlıq” plakatı var idi.

Qeyd olunan rayondan xidmətə aparılan 62 məhbusdan yalnız 29-u ötən il ərzində Ermənistana qaytarılıb. 

Xatırladaq ki, İrəvana verilən əsirlərin bir neçəsi artıq həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO