Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi kontingentinin Qazaxıstana göndərilməsi barədə qərar bu ölkədə vəziyyətin sürətli inkişafı nəzərə alınaraq qəbul edilib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının onlayn iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qazaxıstan prezidenti Kollektiv Təhlükəsizlik Şurasına rəsmi müraciət edib:
“Bu əsasda və KTMT nizamnaməsinə uyğun olaraq Şuraya sədrlik edən Ermənistanın baş naziri KTMT-yə üzv dövlətlərin başçıları ilə məsləhətləşmələr mexanizmini işə salıb”.
“Vəziyyətin sürətli inkişafı tendensiyası, Qazaxıstanın təhlükəsizliyinə, sabitliyinə və suverenliyinə təhdid nəzərə alınaraq, konsensus əsasında strateji qüvvələrin müdafiəsi üçün ölkəyə məhdud müddətə sülhməramlıların göndərilməsi qərara alınıb”, deyə o, qeyd edib.
Xatırladaq ki, sammitdə KTMT-yə üzv dövlətlərin başçıları iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
13:44 / 10.01.2022
Paşinyan Qazaxıstana necə “ordu” göndərildiyinin detallarını açıqladı
Hazırda oxunan: Paşinyan Qazaxıstana necə “ordu” göndərildiyinin detallarını açıqladı
Hazırda oxunan: Paşinyan Qazaxıstana necə “ordu” göndərildiyinin detallarını açıqladı
54655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.