Rusiyanın Qarabağa göndərdiyi 54 vaqon humanitar yardım kimlərə paylanacaq?

Rusiyanın Qarabağa göndərdiyi 54 vaqon humanitar yardım kimlərə paylanacaq?

Hazırda oxunan: Rusiyanın Qarabağa göndərdiyi 54 vaqon humanitar yardım kimlərə paylanacaq?

5396

Rusiyadan Dağlıq Qarabağa 54 vaqon humanitar yardım yola salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərə görə, rus sülhməramlıları Ağdərə şəhərində 200 ailəyə humanitar yardım göstərib.

''200 ailəni əhatə edən yardıma ərzaq, ev təmizləyici vasitələr, uşaq qidaları və şəxsi gigiyena məhsulları daxildir''- deyə məlumatda bildirilir.

Qarabağda Barışıq Mərkəzinin rəhbəri polkovnik Iqor Sivakov isə deyib ki, ümumilikdə sülhməramlılar buraya 12 ton humanitar yük çatdırıblar:

"Yardım plana uyğun olaraq yerinə yetirilir. Dağlıq Qarabağın ən ehtiyaclı insanlarına humanitar köməklik Rusiya Federasiyası prezidenti və hökumətinin təlimatlarına uyğun olaraq həyata keçirilir",- deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO