“Bakı ilə İrəvan arasında sülh mümkündürmü?” - Gürcü ekspertin ŞƏRHİ

“Bakı ilə İrəvan arasında sülh mümkündürmü?” - Gürcü ekspertin ŞƏRHİ

Hazırda oxunan: “Bakı ilə İrəvan arasında sülh mümkündürmü?” - Gürcü ekspertin ŞƏRHİ

53907

“Azərbaycan və Ermənistan yaxın olmağa “məhkumdur” və ona görə də gec-tez qarşıdurmaya son qoymaq üçün tədbirlər görüləcək. Onların arasında dialoq qaçılmazdır və zaman keçdikcə daha da reallaşır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Geocase analitik mərkəzinin gürcü eksperti, hərbi elmlər doktoru, istefada olan general Vaxtanq Kapanadze caliber.az saytının “Sizcə, Bakı ilə İrəvan arasında sülh mümkündürmü?” sualının cavablandırarkən səsləndirib.

Onun sözlərinə görə, bu prosesdə vasitəçilərin, o cümlədən Gürcüstanın rolu həlledicidir:

“Xatırladaq ki, Gürcüstan Cənubi Qafqazda yeganə ölkədir ki, regionun heç bir ölkəsi ilə gərgin münasibətləri yoxdur”.

Vaxtanq Kapanadze hesab edir ki, bu proses təkcə bu iki ölkə üçün deyil, bütün region və beynəlxalq təhlükəsizlik sistemi üçün vacibdir:

“İstənilən siyasi və ya iqtisadi ekspertə aydındır ki, Cənubi Qafqazın potensialını nəzərə alsaq, münaqişələr olmasaydı, regionumuz iqtisadi və ya siyasi statusuna görə lider olardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO