Rusiya XİN:

Rusiya XİN: "Cənubi Qafqazla bağlı vahid paket hazırlanır"

Hazırda oxunan: Rusiya XİN: "Cənubi Qafqazla bağlı vahid paket hazırlanır"

53651

“İlk növbəbə qeyd etmək istərdim ki, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması işində ən mühüm istiqamətlərdən biridir”. 

Bizim.Media xəbər verir ki,bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya XİN-dən azərbaycanlıların Qarabağa qayıtmasına REAKSİYA


O, müsahibəsi zamanı həmçinin qeyd edib ki, bu  hər iki ölkənin dinc yanaşı yaşamaqdan konkret praktiki fayda əldə etmək imkanı verəcək. 

“Rusiya bu prosesin birbaşa iştirakçısıdır. 2021-ci il yanvarın 11-də Moskvada keçirilən sammitdə Rusiya, Azərbaycan və Ermənistan liderləri üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupun yaradılması barədə razılığa gəliblər. Bu mexanizm çərçivəsində ərazidə həm dəmir yolu, həm də avtomobil rabitəsinin bərpası üçün mühüm hazırlıq işləri görülüb. Hazırda tək paket “cilalanır”. Bu yanaşma qəbul edilən qərarların davamlılığını təmin edəcək”. 

Sonda Andrey Rudenko bu sözləri də qeyd edib:

“Hazırkı birgə işə lazımi təkan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə imzaladığı müvafiq razılaşmalarla verilib. Biz birgə infrastruktur təşəbbüslərinin parametrlərinin işlənib hazırlanmasının mümkün qədər tez başa çatdırılmasına və konkret layihələrin işə salınmasına diqqət yetiririk”. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO