Saakaşvili həbsxanaya köçürüldü

Saakaşvili həbsxanaya köçürüldü

Hazırda oxunan: Saakaşvili həbsxanaya köçürüldü

53205

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dekabrın 30-da müalicə olunduğu Qori Hərbi Hospitalından Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.

Qeyd olunub ki, həbsxanaya köçürülmə qanuna tam uyğun olaraq həyata keçirilib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb.
Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürüldükdən sonra aclıq aksiyasını dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO