Qaribaşvili: “Türkiyə regionda çox vacib oyunçudur”

Qaribaşvili: “Türkiyə regionda çox vacib oyunçudur”

Hazırda oxunan: Qaribaşvili: “Türkiyə regionda çox vacib oyunçudur”

52808

“Şübhəsiz ki, Türkiyə regionda çox önəmli oyunçudur. Bizim Türkiyə ilə çox yaxın, dostluq, qardaşlıq münasibətlərimiz var”. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində bildirib.

Türkiyəni Gürcüstanın strateji tərəfdaşı adlandıran Qaribaşvili prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərdən də danışıb:

"Bizim həm birbaşa, həm də telefonla çoxlu görüşlərimiz, söhbətlərimiz olub. Münasibətlərimiz səmimidir".

Baş nazir qeyd edib ki, Gürcüstan-Türkiyə münasibətləri qorunub saxlanmalı, möhkəmlənməli və dərinləşməlidir:

“Türkiyə prezidenti və mən bu istiqamətdə mümkün olan hər şeyi edirik”.

Qaribaşvili əlavə edib ki, regionda vasitəçilik olmadan ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək, enerji layihələrini həyata keçirmək mümkün deyil. 
"Bizim çox iddialı planlarımız var. Hesab edirəm ki, bu gün bu münasibətləri gücləndirmək üçün çox yaxşı şanslar var", - Baş nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO