Moskva Vilayət Məhkəməsi 2019-cu ilin yayında “QRU”nun xüsusi təyinatlılarının keçmiş əsgəri Nikita Belyankinin qətli ilə bağlı cinayət işi üzrə doqquz müttəhimə hökm oxuyub.
Bizim.Media xəbər verir ki, TASS müxbirinin məhkəmə zalından aydınlaşdırdığı kimi, maksimum müddəti - 20 il həbsi Belyankini bıçaqlayaraq öldürən Sergey Xocoyan alıb.
“Xocoyan cinayəti törətməkdə təqsirli bilinib və ona 20 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası təyin edilib”, – hökmdə deyilir.
Məhkəmənin müəyyən etdiyi kimi, qətl zamanı Belyankini saxlayan, həmçinin iki reanimatoloqun döyülməsində “fəal iştirak edən” Hamlet və Qrant Ayrapetyan qardaşları müvafiq olaraq 17 və 18 il müddətinə (ciddi rejimli koloniyada olmaq şərtilə) həbs cəzası alıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
17:53 / 27.12.2021
Moskvada 3 erməniyə ümumilikdə 55 il həbs cəzası verildi – SƏBƏB
Hazırda oxunan: Moskvada 3 erməniyə ümumilikdə 55 il həbs cəzası verildi – SƏBƏB
Hazırda oxunan: Moskvada 3 erməniyə ümumilikdə 55 il həbs cəzası verildi – SƏBƏB
52731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.