“Junior Eurovision 2021” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi, Ermənistan təmsilçisi Malena dekabrın 22-də İrəvana qayıdıb.
Bizim.Media “Armenpress” nəşrinə istinadən xəbər verir ki, “Zvartnots” hava jurnalistlərə açıqlama verən Malena etiraf edib ki, o, indiyədək heç vaxt belə böyük səhnədə çıxış etməmişdi, ona görə də əvvəlcə gərgin olsa da, məşqlər zamanı həyəcan keçib və konsert günü çıxışını çox bəyənib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı deputat köməkçisi erməni Malenanı təbrik etdi - ERMƏNİ DİLİNDƏ PAYLAŞIM
Müsabiqədə qalib gəldikdən sonra Azərbaycanı təmsil edən müğənninin (Sona nəzərdə tutulur) təbrikindən danışan Malena onunla əvvəllər danışmadığını, əlaqə saxlamadığını, lakin Ermənistanın qələbəsindən sonra yaxınlaşaraq onu qucaqladığını və təbrik etdiyini bildirib:
“Sonaya pis münasibət bəsləmirəm, çünki o da mənim kimi bir qızdır”.
Xatırladaq ki, dekabrın 19-da Parisdə “Junior Eurovision 2021” beynəlxalq mahnı müsabiqəsi keçirilib.
Onlayn səsvermə və münsiflər heyətinin səsverməsi nəticəsində “Kami-kami” mahnısı ilə müsabiqənin qalibi 224 xalla Ermənistan təmsilçisi Malena olub.
Müsabiqədə 19 ölkə iştirak edib: Almaniya, Gürcüstan, Polşa, Malta, İtaliya, Bolqarıstan, Rusiya, İrlandiya, Ermənistan, Qazaxıstan, Albaniya, Ukrayna, Fransa, Azərbaycan, Hollandiya, İspaniya, Serbiya, Şimali Makedoniya və Portuqaliya.
Bizim.Media