Erməni siyasətçi: “Xalqımızın hərəkətə keçəcəyi vaxt yaxınlaşır”

Erməni siyasətçi: “Xalqımızın hərəkətə keçəcəyi vaxt yaxınlaşır”

Hazırda oxunan: Erməni siyasətçi: “Xalqımızın hərəkətə keçəcəyi vaxt yaxınlaşır”

0:00
0:00
51284

“Bu, dövlətimizin uğursuzluğudur, xalqın bir hissəsi hesab edir ki, bu gün var, sabah isə yoxdur”.

Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyası Şurasının üzvü Qalust Saakyan jurnalistlərə müsahibəsi zamanı deyib.
 

"Biz inanırıq ki, çıxış yolu tapacağıq, dövlətimizi mümkün olduğu qədər xilas edə biləcəyik", - Qalust Saakyan bildirib.


Sabiq deputat Ermənistan parlamentinin nümayəndəlik orqanı kimi fəaliyyət göstərə bilmədiyini qeyd edib:

“Deputatların irəli-geri sürükləndiyi, jurnalistlərin iş şəraitindən məhrum edildiyi qanunverici orqan parlament ola bilməz”.

Qalust Saakyan ermənilərin etiraz aksiyalarına başlayacağına inandığını da sözlərinə əlavə edib:

“Müxalifətin siyasi fəaliyyəti təcrübədən, danışmaq bacarığından asılıdır. Bu təcrübə, bacarıq var, amma indiki vəziyyətdə ölkəni qoruyub saxlamaq üçün söz bəs etmir, hərəkətə ehtiyac var. İnanıram ki, erməni xalqının hərəkətə keçəcəyi vaxt yaxınlaşır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO