Paşinyan: “İlham Əliyevlə razılaşmalar regionun simasını dəyişəcək”

Paşinyan: “İlham Əliyevlə razılaşmalar regionun simasını dəyişəcək”

Hazırda oxunan: Paşinyan: “İlham Əliyevlə razılaşmalar regionun simasını dəyişəcək”

0:00
0:00
50939

Azərbaycan prezidenti ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmaların icrası regiondakı siyasi, iqtisadi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Biz erməniləri heç vaxt tərk qoymayacağıq” - Makron Paşinyanla görüşün VİDEOSUNU yaydı


Paşinyan qeyd edib ki, İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Arazdöyən - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub.

"Mən Azərbaycanla sazişin əhəmiyyətini çox qiymətləndirmək istəmirəm. Amma digər tərəfdən, onu da qiymətləndirməmək də düzgün deyil. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bu, bölgədəki iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək layihədir", - deyə Ermənistanın baş naziri əlavə edib.

Paşinyan vurğulayıb ki, yaxın gələcəkdə diqqəti bu problemin həllinə yönəltmək lazımdır: “İlham Əliyevlə, həmçinin ikitərəfli təmasların davam etdirilməsi barədə razılıq əldə olunub”. 

Onun sözlərinə görə, tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO