Dekabrın 13-də Rusiyanın paytaxtı Moskva şəhərində Murad Oqanesyan azərbaycanlı bilib qətlə yetirmək istədiyi həkim Camal Odilov əslən özbək olduğu ortaya çıxıb.
Bizim.Media-nın əldə etdiyi özəl məlumata görə, erməni Oqanesyan klinikanın həkimini azərbaycanlı bilərək ona hücum etmək qərarına gəlib. Düşündüyü cinayəti həyata keçirdikdən sonra o, hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
M.Oqanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ombudsman Rusiyada azərbaycanlı həkimə hücumu pislədi
Araşdırmalar nəticəsində isə məlum olub ki, Rusiyanın paytaxtı Moskva şəhərində özəl klinikaların birində həkim kimi çalışan Camal Odilov isə əslən özbəkdir.
Xəbər verdiyimiz kimi, hadisə dekabrın 13-də Moskva şəhərində özəl klinikaların birində baş verib. Murad Oqanesyan adlı şəxs özəl klinikaya daxil olaraq həkim Camal Odilovu qətlə yetirmək məqsədilə ona bıçaqla xəsarətlər yetirib. O, polislər tərəfindən saxlanılıb və cinayətini etiraf edib. Bu barədə məlumatı Azərbaycan Ombudsman Aparatı yayıb.
Vüsalə Balayeva, Bizim.Media