Gürcüstanda Marneulu Bələdiyyə Məclisinin iclasını boykot edərək tərk edən azərbaycanlı Nərgiz Əliyeva öz etirazını Meriya binası qarşısında da davam etdirib.
Bizim.Media xəbər verir ki, o, üzərində "Mişaya Azadlıq" şüarı olan stikeri Meriya binasına yapışdırıb.
Lakin Əliyevanın bu addımının tezliklə qarşısı alınıb və binaya yapışıdırılan stiker çox keçmədən mühafizə işçisi tərəfindən sökülüb.
Nərgiz Əliyeva insidentlə bağlı bunları deyib:
“Bu gün Gürcüstanda demokratiyanın, azad seçkilərin öldüyünü görürük. Bir neçə ay bundan əvvəl keçirilən saxta seçkilər vasitəsilə seçilmiş Bələdiyyə Məclisinin bu gün ikinci iclası keçirilirdi.
İclas zamanı mən partiya adından Mixeil Saakaşviliyə azadlıq tələbi ilə kiçik bir etiraz aksiyası həyata keçirdim. Əgər bugünki gün Gürcüstanda ədalət, haqq və demokratiya yoxdursa, onda hansı iclaslardan, hansı müzakirələrdən danışa bilərik? Bu gün Gürcüstanın üçüncü prezidenti, Gürcüstanın yaradıcısı, müasir Gürcüstanın qurucusu, böyük reformator, dünya şöhrətli siyasətçi Mixeil Saakaşvili həbsdədir. Bu da yetmirmiş kimi ona qarşı hər gün terror əməliyyatları həyata keçirilir və hədsiz dərəcədə psixoloji təsirlər göstərilir. Onun haqları tapdalanır və biz sona qədər onun azadlığını tələb edəcəyik".
Xatırladaq ki, Nərgiz Əliyeva bu gün Marneuli Bələdiyyə Məclisinin iclası zamanı üzərində "Saakaşviliyə Azadıq" yazısı olan stikeri Bələdiyyə binasına yapışdıraraq iclası tərk edib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:50 / 09.12.2021
Saakaşviliyə görə etiraz edən azərbaycanlı: "Biz sona qədər onun azadlığını tələb edəcəyik"
Hazırda oxunan: Saakaşviliyə görə etiraz edən azərbaycanlı: "Biz sona qədər onun azadlığını tələb edəcəyik"
Hazırda oxunan: Saakaşviliyə görə etiraz edən azərbaycanlı: "Biz sona qədər onun azadlığını tələb edəcəyik"
0:00
0:00
49865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.