Ermənistan parlamenti müxalifətin delimitasiya və demarkasiya ilə bağlı təklif etdiyi layihəni plenar iclasa daxil etməyib.
Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın sözlərinə görə, hakimiyyət hər şeyi edir ki, delimitasiya və demarkasiya məsələləri açıq deyil, gizli qapılar arxasında müzakirə olunsun.
O, qeyd edib ki, hakimiyyət bu məsələ ilə bağlı açıq müzakirələrdən yayındığına görə, Ermənistan cəmiyyəti razılaşmalardan sonra xəbər tutacaq.
Odur ki, mümkün pozuntuları istisna etmək üçün parlament öz nəzarət funksiyasından istifadə etməlidir.
"Aydındır ki, bu gün hakimiyyət ən mühüm və həssas məsələlərə toxunmur. Bütün razılaşmaların Ermənistanın qanunvericilik normaları çərçivəsində yerinə yetirilməsini tələb edirik. “Artsax”a (Qarabağdakı qondarma rejim nəzərdə tutulur) ziyan vura biləcək delimitasiya və demarkasiya həyata keçirilməməlidir”, deyə Ohanyan bildirib.
O vurğulayıb ki, ordunu yenidən silahlandırmaq və sərhədləri möhkəmləndirmək, strateji tərəfdaşlarla münasibətləri yaxşılaşdırmaq lazımdır.
“Vətəndaş müqaviləsi” partiyasından olan deputat Mariya Karapetyan cavab olaraq bildirib ki, komissiya müxalifətin təqdim etdiyi layihəyə müzakirələrdən sonra mənfi rəy verib. Onun sözlərinə görə, delimitasiya və demarkasiya Qarabağ münaqişəsi ilə bağlı deyil, onları ayırmaq lazımdır. Layihə yalnız lehinə 28 səs toplayıb və plenar iclasın gündəliyinə salınmayıb.
Səsvermədən sonra “Hayastan”ın nümayəndəsi Artsvik Minasyan qeyd edib ki, fraksiya bəyanat layihəsini yekunlaşdıracaq və dekabrın 14-də eyni məsələ ilə bağlı növbədənkənar iclas keçirməyə təşəbbüs göstərəcək. Bundan əvvəl blok bu mövzuda dinləmələr təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:20 / 07.12.2021
Ermənistan parlamenti müxalifətin delimitasiya ilə bağlı layihəsini rədd etdi
Hazırda oxunan: Ermənistan parlamenti müxalifətin delimitasiya ilə bağlı layihəsini rədd etdi
Hazırda oxunan: Ermənistan parlamenti müxalifətin delimitasiya ilə bağlı layihəsini rədd etdi
49459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.