Müharibə vaxtı Ermənistan ordusuna maliyyə yardımı edənlərin çoxu öz pullarının geri qaytarılmasını tələb edirlər.
Bizim.Media-nın məlumatına görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Məqalədə bildirilib ki, Müharibə dövründə “Hayastan” Ümumerməni Fonduna yardım ayırılıb. İndi ianə verənlərin bəziləri pullarını istəyir.
“Onlar köçürmələri etdiklərinə görə təəssüflənirlər. Maraqlısı odur ki, onların yardımlarını geri qaytarmaq üçün heç bir mexanizm yoxdur”, -deyə qeyd olunur.
Qeyd edilib ki, yalnız fonda deyil, ordu və müharibə ilə əlaqəli olan şəxslərə də yardım edənlərin çoxu hazırda məyus durumdadırlar:
"Onlar verdikləri pulların silah-sursat alışına gedəcəyini düşünərək böyük məbləğdə yardımlar ediblər. Amma bu vəsaitlər məlum proseslərdən kənarda saxlanıb. Üstəlik, bəzilərinə xərclərə dair sonradan saxta olduğu ortaya çıxan "çek"lər verilib. Bu insanlar indi pullarını kimdən istəyəcəklərini bilmirlər."
Bizim.Media
- A-
- A
- A+
Region
12:29 / 11.12.2020
Ermənilər orduya köçürdükləri pulları geri istəyir
Hazırda oxunan: Ermənilər orduya köçürdükləri pulları geri istəyir
Hazırda oxunan: Ermənilər orduya köçürdükləri pulları geri istəyir
4943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.