Bu marşrutla Türkiyəyə səyahət iki dəfə ucuz başa gəlir - VİDEO

Bu marşrutla Türkiyəyə səyahət iki dəfə ucuz başa gəlir - VİDEO

Hazırda oxunan: Bu marşrutla Türkiyəyə səyahət iki dəfə ucuz başa gəlir - VİDEO

49215

Türkiyənin milli valyutasının ucuzlaşması bu ölkəyə turist axınına səbəb olub. Ölkəmizdən də bu istiqamətə uçuşlara böyük tələbat var. Tələb çox olduğundan uçuş biletlərində bahalaşma müşahidə edilir. Turizm şirkətləri alternativ olaraq vətəndaşlara fərqli turpaketlər təklif edirlər.

Bəs ən aşağı büdcə ilə Türkiyəyə necə getmək olar?

Bizim.Media Xezerxeber.az-a istinadən xəbər verir ki, aviabiletlərin qiymətinin qalxması ilə turizm şirkətləri səfərləri Naxcıvan üzərindən təklif edirlər.

Bakıdan İstanbula təyyarə ilə getmək istəyən sərnişinlər təxminən 300-350 manat ödəniş etməlidir.
 

Naxcıvan üzərindən getdikdə isə səfər iki dəfə ucuz başa gəlir. Türkiyəyə getmək isəyənlər Bakıdan Naxcıvana təyyarə ilə ordan da avtobusla İstanbul və ya digər şəhərlərə gedirlər.


Belə olan halda isə həm gediş-dönüş təyyarə bileti və avtobus xərci də daxil olmaqla ümumilikdə 300 manata başa gəlir.

Turizm məsələləri üzrə ekspert Elgün Babayevin sözlərinə görə, tələbat çox olduğundan bir çox reyslərə biletlər əvvəlcədən bron edilir.

Ekspertlər hesab edir ki, Naxcıvan üzərindən səfərlərə tələbat daha da artacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO