Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının liderinin Türkiyə prezidentinə təqdim etdiyi türk dünyasının xəritəsini şərh edərək deyib ki, Rusiya da dünya xəritəsini "öz kökünə bağlı xalqların" yaşayış sahəsinə uyğun olaraq müxtəlif rənglərə boyaya bilər, bu rənglər dünyanın demək olar ki, bütün bölgələrini tutacaq.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiya mətbuatında yer alıb.
“Mən soykökünə yaxın olanlarla əlaqə saxlamaqda utancverici bir şey görmürəm... Və bizim də köklərimizin belə arealı və həmvətənlərimizin belə bir sahəsi var. Bu, birincisi, bütün postsovet məkanıdır.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan dekabrın 3-də Putinə zəng edəcək – SƏBƏB
Əlbəttə ki, o bölgələrdə SSRİ xalqlarını təmsil edən çoxlu sayda həmvətənlərimiz yaşayır. Almaniya, digər Avropa ölkələri, İsrail, ABŞ, Latın Amerikası və Argentina da istisna deyil”, - deyə Lavrov bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğana təqdim edilən xəritədə tarixən türk dünyasının mərkəzi hesab edilən Altayda böyük qırmızı ulduzun olmamasından təəssüfləndiyini demişdi.
Bizim.Media