Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Aşqabadda türkmən həmkarı Rəşid Meredov ilə görüşüb.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə türkiyəli nazir özünün “Twitter” səhifəsində məlumat yayıb.
“Biz Türkmənistana səfərimizə xarici işlər naziri Rəşid Meredovla görüşlə başladıq”, - Çavuşoğlu yazıb.
Onun sözlərinə görə, tərəflər bazar günü Türkmənistanın paytaxtında keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Aşqabada gəlib.
Səfər çərçivəsində Türkiyə lideri türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədov ilə danışıqlar aparacaq və İƏT-ə üzv dövlətlərin başçılarının 15-ci sammitində iştirak edəcək.
Türkiyə dövlət başçısı sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
14:44 / 27.11.2021
Mövlud Çavuşoğlu Aşqabadda türkmənistanlı həmkarı ilə görüşdü
Hazırda oxunan: Mövlud Çavuşoğlu Aşqabadda türkmənistanlı həmkarı ilə görüşdü
Hazırda oxunan: Mövlud Çavuşoğlu Aşqabadda türkmənistanlı həmkarı ilə görüşdü
47955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.