Paşinyan bəyan etdi: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Paşinyan bəyan etdi: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Hazırda oxunan: Paşinyan bəyan etdi: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

47409

“İmzalanacaq saziş parlamentlər tərəfindən ratifikasiya edilməlidir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib.

“Demarkasiya və delimitasiya işləri başa çatdıqdan sonra referenduma çıxarılacaqmı?” sualına Ermənistanın baş naziri cavab verib ki, yekun sənəd, imzalanacaq saziş parlamentlər tərəfindən ratifikasiya edilməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

3+3 formatında Qarabağın statusu müzakirə olunmayacaq - Paşinyan


Paşinyan  "Demarkasiya və delimitasiya Qarabağdan imtina və Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması demək olacaqmı?" sualını belə cavablandırıb:

“Ölkələrimiz 1991-ci ildə müstəqillik əldə edəndə bir-birinin ərazi bütövlüyünü tanıyıb.

Demarkasiya və delimitasiya prosesdir və Ermənistan orada öz maraqlarını müdafiə etməlidir. Ümumiyyətlə, biz “Ermənistan” deyəndə sərhədi olmayan qeyri-müəyyənliyi deyil, çox konkret bir sahəni başa düşməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO