3+3 formatında Qarabağın statusu müzakirə olunmayacaq - Paşinyan

3+3 formatında Qarabağın statusu müzakirə olunmayacaq - Paşinyan

Hazırda oxunan: 3+3 formatında Qarabağın statusu müzakirə olunmayacaq - Paşinyan

47407

"3+3 formatında Dağlıq Qarabağın statusu və regional kommunikasiyaların blokadadan çıxarılması müzakirə olunmayacaq". 

Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn formatda media və QHT-lərin suallarını cavablandırarkən deyib.

Baş nazir əlavə edib ki, yuxarıda qeyd olunan məsələlər artıq digər formatlarda həll olunur və onların başqa müstəviyə ötürülməsinə ehtiyac yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: "Azərbaycan və Ermənistan arasında təmaslar genişləndirilməlidir"


"O cümlədən, Qarabağ nizamlanması məsələsi ATƏT-in Minsk Qrupunun səlahiyyətindədir və kommunikasiyaların açılması üçün baş nazir müavinlərinin rəhbərliyi ilə Ermənistan, Rusiya və Azərbaycanın iştirakı ilə üçtərəfli işçi qrupu yaradılıb".

"Başqa formatların gündəmində olmayan məsələlər müzakirə olunmalıdır. Biz belə məsələləri tapa bilərikmi? Yaşayarıq, görərik, amma deyə bilərəm ki, regional əməkdaşlıqla bağlı çoxlu məsələlər var ki, biz onlara diqqət yetiririk", deyə baş nazir bildirib.

“3+3” formatı Cənubi Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan) və onlara qonşu olan Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur. Onun yaradılmasını Türkiyə və Azərbaycan prezidentləri təklif ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO