Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn formatda media nümayəndələrinin və ictimai xadimlərin suallarını cavablandırıb.
Bizim.Media “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, o, sərhəddə insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan Müdafiə Nazirliklərinin rəhbərləri arasında operativ əlaqənin yaradılmasının müzakirə edildiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Soçi görüşündən əvvəl erməni deputatlar parlamentdə bir araya gələcək – DETALLAR AÇIQLANACAQ
N.Paşinyan belə insidentərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan nümayəndələri arasında təmasların genişləndirilməsinin vacibliyini qeyd edib.
Ermənistanın Baş naziri əlavə edib ki, noyabrın 26-da Soçidə, dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə tərəflər sərhədlərin müəyyənləşdirilməsinə necə başlayacaqları barədə müzakirələr aparacaqlar.
Bizim.Media