Moskvadan Ermənistandakı Rusiya sərhədçilərinə ƏMR gəldi – “Azərbaycanla sərhədi qoruyun!”

Moskvadan Ermənistandakı Rusiya sərhədçilərinə ƏMR gəldi – “Azərbaycanla sərhədi qoruyun!”

Hazırda oxunan: Moskvadan Ermənistandakı Rusiya sərhədçilərinə ƏMR gəldi – “Azərbaycanla sərhədi qoruyun!”

47101

Noyabrın 16-da Zəngəzurun sərhəd zonasında Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ordusu arasında ciddi döyüş başlayandan sonra Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran, Ermənistan-Azərbaycan sərhədlərində patrul fəaliyyətlərini gücləndirmək üçün Moskvadan əmr alıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın hüquq-mühafizə orqanlarındakı mənbə yayıb. 

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri Zəngəzurda iki yüksəkliyi ələ keçirib və ərazi bütövlüyünü təmin edib. 
 

Sərhədçilərimiz Rusiya Müdafiə Nazirliyinin mühüm nəqliyyat və logistika mərkəzi kimi istifadə etdiyi Sisyan aeroportunun bir addımlığında dövlət sərhədini qoruyur.


Mənbə yazır ki, hazırda Zəngəzurun təmas xəttində vəziyyət stabildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO