“Rəşt-Astara dəmiryolu proyekti Azərbaycan üçün əhəmiyyətlidir” – İRANLI NAZİR

“Rəşt-Astara dəmiryolu proyekti Azərbaycan üçün əhəmiyyətlidir” – İRANLI NAZİR

Hazırda oxunan: “Rəşt-Astara dəmiryolu proyekti Azərbaycan üçün əhəmiyyətlidir” – İRANLI NAZİR

47010

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolu proyekti İran və Azərbaycan üçün çox əhəmiyyətlidir.

Bizim.Media xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

R.Qaseminin sözlərinə görə, bu dəmiryolu önəmli beynəlxalq dəhlizlərdən birində (Şimal-Cənub Dəhlizi) yerləşir:
 

MÖVZU İLƏ BAĞLI:

İran Naxçıvana qaz verəcək - Şahin Mustafayevin TEHRANDA konstruktiv görüşü


"Azərbaycan nümayəndə heyətinin Tehrana səfəri çərçivəsində bununla bağlı nəticənin əldə olunması üçün müzakirələr aparılacaq".

“İran Astarasında dəmiryolu terminalının inşa olunması üçün investisiya yatırılıb. Bu terminalın bir hissəsi inşa olunub və qalan hissəsinin inşa olunması üzrə yekun qərar Astarada keçiriləcək iclasda veriləcək. Bu iclasdan sonra Bakıda iki ölkənin birgə komissiyasının iclası təşkil olunacaq. 

Naxçıvan-Məşhəd sərnişin qatarı, nəqliyyat, tranzit əməkdaşlıqları üzrə iki ölkə arasında müzakirələr aparılacaq. İki ölkə arasında hərəkət edən yük maşınlarının sayı artırılacaq. Fars körfəzindən Qara Dənizədək dəhlizin yaradılması barədə anlaşma təyinedici və önəmlidir.
 

Bu və dəniz əməkdaşlığı barədə müzakirələr aparılacaq. Avtomobil nəqliyyatı sektorunda iki ölkə arasında mövcud bəzi maneələrin aradan qaldırılması istiqamətində razılaşma əldə olunacağına ümid edirəm". Trend İranlı nazirin dediklərindən sitat gətirib.


“İran Azərbaycana "CKD" formasında avtomobil ixrac edir. Ötən ildə ixrac olunan 400 avtomobil, cari ildə 1,4 mindən çox avtomobilə yüksəlib. "Irankhodro" Avtomobilqayırma Şirkəti bu həcmdə avtomobilin 30%-ni Azərbaycanda istehsal etməyə hazırdır”, deyə o, fikirlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO