Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan-Ermənistan sərhədində gərgin döyüşlər gedir.
Ermənilərə məxsus “Hraparak” nəşri yazır ki, azərbaycanlılar altı erməni əsgərini əsir götürüblər.
Bizim.Media xəbər verir ki, nəşr vəziyyətə aydınlıq gətirməyə çalışsa da, rəsmi təsdiq əldə edə bilməyib.
MÖVZU İLƏ BAĞLI:
“İnsident törədən erməni hərbçilər və döyüş vasitələri məhv edilib” – Müdafiə Nazirliyi
Deyilənə görə, atışma Zəngəzurda, Qızıl Təpə dağı yaxınlığında gedir.
“Sputnik Armenia” saytı bildirir ki, hər iki tərəfdən aviasiya istisna olmaqla, bütün növ hərbi texnikalar iştirak edir.
Bizim.Media