İranda ardıcıl 2 güclü zəlzələ, ölən və yaralananlar var - YENİLƏNİB+VİDEO

İranda ardıcıl 2 güclü zəlzələ, ölən və yaralananlar var - YENİLƏNİB+VİDEO

Hazırda oxunan: İranda ardıcıl 2 güclü zəlzələ, ölən və yaralananlar var - YENİLƏNİB+VİDEO

45970

İranda baş verən zəlzələ zamanı azı 8 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, “Mehr” agentliyi təbii hadisə zamanı azı 1 nəfərin həlak olduğunu yazıb.

Yeraltı təkanlar bir neçə şəhərdə hiss olunub.

Məlumata görə, 6,1 və 6,3 maqnitudalıq yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

*** 17:19

İranın cənubunda ardıcıl 6.1 və 6,3 bal gücündə zəlzələlər qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə dəqiq məlumatlar verilməsə də, ölənlərin olduğu deyilir.

Sosial şəbəkələrdə zəlzələ anının görüntüləri paylaşılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO