Bu gün Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Baş naziri Əli Əsədov iclasda iştirak və gündəliklə bağlı çıxış edib.
Bizim.Media xəbər verir ki, Baş nazir çıxışı zaman erməni həmkarı Mqer Qriqoryanın Azərbaycanla bağlı səsləndirdiyi əsasız iddialara cavab verib:
“Burada hərbi əsirlərlə bağlı məsələlərə toxunuldu.10 noyabr bəyanatının 8-ci bəndi hərbi əsirlərin təhvil verilməsini nəzərdə tutur. Azərbaycan bu bəndi tam şəkildə icra edib.
Bununla bağlı qeyd etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2021-ci il tarixli bəyanatında qeyd edilir ki, 2 dekabr 2020-ci ilə qədər Rusiya Sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfər isə Azərbaycana qaytarılıb".
Əli Əsədov vurğulayıb ki, sözügedən bəyanat imzalanandan və atəşkəsə dair saziş qüvvəyə mindikdən bir müddət sonra, 13-14 dekabr tarixlərində 62 nəfərdən ibarət silahlı şəxs Azərbaycan ərazisində saxlanılıb. Onlar bütün beynəlxalq normalara əsasən hərbi əsir sayılmırlar və bizim ölkəmizin ərazisinə diversiya məqsədilə daxil olublar:
"Bu səbəbdən hərbi əsir statusu onlara şamil edilmir.
Ancaq, buna baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək onlardan 29 nəfərini Ermənistana qaytarıb. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib və onlar cəzalarını çəkəcəklər”, - deyə Əli Əsədov vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
18:33 / 12.11.2021
Azərbaycanda cəza çəkən ermənilərin SAYI AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda cəza çəkən ermənilərin SAYI AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda cəza çəkən ermənilərin SAYI AÇIQLANDI
45764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.