“İran yük maşınları Zəngəzurda yeni yoldan istifadə etsin” – Paşinyan TEHRANA səsləndi

“İran yük maşınları Zəngəzurda yeni yoldan istifadə etsin” – Paşinyan TEHRANA səsləndi

Hazırda oxunan: “İran yük maşınları Zəngəzurda yeni yoldan istifadə etsin” – Paşinyan TEHRANA səsləndi

45690

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, bundan sonra İran yük maşınları Azərbaycana gömrük rüsumları ödəmədən Ermənistana getmək üçün “Gorus-Qafan” yolu əvəzinə, “Tato-Aqvani” alternativ yolundan istifadə edə bilər.

Bizim.Media "Farsnews" xəbər ajansına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Nazirlər Kabinetinin iclasında Azərbaycan tərəfinin Gorus-Qafan yolunun bu ölkəyə məxsus hissəsindən keçən Ermənistan vətəndaşlarını və nəqliyyat vasitələrini yoxlayacağı ilə bağlı son xəbərdarlıqlarına cavab olaraq deyib ki, Ermənistan hökuməti öz vətəndaşları və nəqliyyat vasitələri üçün alternativ yoldan istifadə etmək qərarına gəlib.

Paşinyan çıxışında qeyd edib ki, 2021-ci ilin avqust ayından etibarən Azərbaycan tərəfi Gorus-Qafan yolunun bu ölkənin ərazisindən keçən “Eyvazlı və Çayzəmi” hissələrində İrana məxsus yük maşınlarından gömrük rüsumları alır.

Paşinyanın sözlərinə görə, onilliklər ərzində praktiki olaraq keçilməz olan Tato-Aqvani yolu keçən həftə asfaltlanıb və istifadəyə verilib:

“Keçən cümə axşamı mən şəxsən o yoldan istifadə edərək Qafana gedib-gəldim”.

Xatırladaq ki, bir müddət öncə Ermənistan mediası Gorus-Qafan yoluna alternativ olaraq hazırlanan 43 kilometrlik Tato-Aqvani yolunun noyabrın sonlarında istifadəyə veriləcəyi ilə bağlı məlumat yayıb.
 

Qeyd edək ki, Qarabağ savaşından sonra Azərbaycanın Ermənistan üzərində qələbəsini heç bir şəkildə həzm edə bilməyən Ermənistan-İran cütlüyü Azərbaycan əleyhinə istənilən addımı atmağa çalışır.


Azərbaycan Prezidenti İlham Əliyevin bölgəsəl sülh, sabitlik və inkişaf planlarının qarşısında isə sözügedən bu ikili daim bölgənin sabitliyini pozmaq niyyəti güdür. 30 ilə yaxın Qarabağın işğalı dövründə də bu niyyətini davam etdirən erməni-fars cütlüyü Azərbaycanın tarixi torpaqları üzərindən Avropaya narkotik və uyuşdurucu maddə qaçaqmalçılığı edib. Zəngilanda Araz çayının altından İranla Zəngilan arasında qazılmış gizli tunel isə bunun ən böyük örnəklərindəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO