Nikol Paşinyanın işdən çıxarılan mətbuat katibi üzr istədi

Nikol Paşinyanın işdən çıxarılan mətbuat katibi üzr istədi

Hazırda oxunan: Nikol Paşinyanın işdən çıxarılan mətbuat katibi üzr istədi

45261

Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorkyan tutduğu vəzifədən azad edilib. 

Bizim.Media xəbər verir ki, müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
 

Bildirilir ki, qərar “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 10-cu hissəsinə əsasən verilib.


Mane Gevorkyan özü Facebook səhifəsində öz ərizəsi ilə vəzifəsindən azad edildiyini açıqlayıb. O, birgə fəaliyyətinə görə Baş nazirə və hökumət aparatına təşəkkür edib.

"Mətbuat katibi kimi işlədiyim dövr Ermənistanın taleyinə düşən çətinliklərlə dolu idi, lakin buna baxmayaraq, inqilabın təməlində qoyulmuş dəyərlərə sadiq qalmağa çalışdım", - Gevorkyan yazıb.

O, bu vəzifədə ümidlərini doğrultmayanlardan da üzr istəyib.
 

Xatırladaq ki, Gevorkyan 2020-ci il martın 2-də baş nazirin mətbuat katibi təyin edilib. Yanvardan mart ayına qədər bu vəzifə boş olub. Ondan əvvəl bu vəzifəni Vladimir Karapetyan tutub.


Əvvəllər 32 yaşlı Mane Gevorgyan “Avrora” humanitar təşəbbüs qrupunun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb, həmçinin “Civilnet” onlayn televiziyasında prodüser işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO