Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın ermənilərə başsağlığı verməsi və bunun ardınca Sərkisyanın “biz türkləri düşmən gözündə görmürük” açıqlaması tərəflər arasındakı gizli bir razılığın mövcudluğu ehtimalını gündəmə gətirir. Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu ehtimalın mümkünlüyünə diqqət çəkib:
“Hesab etmək olar ki, tərəflər arasında müəyyən bir razılıq mövcuddur. Bu bir diplomatik jestdir. Lakin təsadüfən baş verən hadisəyə bənzəmir. Praqada keçirilən “Şərq tərəfdaşlığı” proqramı çərçivəsindəki sammitdə ermənilər yenə də Türkiyə türklərini yuyub sərdi. Buna isə həmin sammitdə İlham Əliyev cənabları cavab verdi. Ərdoğan artıq proseslərin bünövrəsini qoyub. Yəqin ki, belə getsə Ərdoğan ermənilərin tələbləri qarşısında geri çəkiləcək”.
Seymur Əliyev






























































































