Ermənistan hakimiyyəti fond pulunu mənimsəyib - QALMAQAL

Ermənistan hakimiyyəti fond pulunu mənimsəyib - QALMAQAL

Hazırda oxunan: Ermənistan hakimiyyəti fond pulunu mənimsəyib - QALMAQAL

4501

Ermənistan da daha bir qalmaqal onsuz  hakimiyyətdən narazı olan kütləni hiddətləndirib.

Bizim.Media xəbər verir ki, bu dəfə Ermənistan hakimiyyəti "Hayastan" Milli Fondunun pulunu mənimsəməkdə günahlandırılır. Bu barədə məlumatı “Armeniasputnik” yayıb.

Ermənistan prezidenti, “Hayastan” Ümumerməni Fondunun Qəyyumlar Şurasının sədri Armen Sarkisyan İdarə Heyəti üzvlərinə müraciət edərək  fondda audit yoxlama keçirməsini xahiş edib.
Bu müraciətin səbəbi fond rəhbərliyinin Qarabağdakı müharibə zamanı yığılan vəsaitin böyük hissəsini hökumətin hesabına köçürmək qərarı idi.

Belə ki, Fond noyabr ayında səhiyyə xərclərini maliyyələşdirmək, infrastrukturları bərpa etmək və müharibədən zərər çəkmiş insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün Ermənistan hökumətinə 52 milyard dram (təxminən 104 milyon dollar) çox pul köçürdüyü məlum olub. 

Sarkisyan müraciətində insanların şikayəti əsasında yoxlamaların aparılmasının vacibliyini vurğulayıb. 

“Əks halda bu insanlar arasında narazılığa səbəb olacaq, bununla da hakimiyyətə inam daha da sarsıla bilər”,- deyə o, bildirib.

Prezident ayrıca hökuməti fondun xərcləri ilə bağlı ətraflı bir hesabat hazırlamağa çağırıb. Onun fikrincə, ideal variant olaraq, fond hökumətə borc olaraq vəsait köçürə bilərdi. Lakin hazırkı çətin vəziyyətdə Qəyyumlar Şurası üzvlərinin böyük əksəriyyəti fərqli bir qərar verib.

Prezident, həmçinin Ermənistan və diaspor birliyinin nüfuzdan salınmasından qorxduğunu deyib. Vurğulayıb ki, köçürülmüş vəsaitlərlə bu cür dağıdıcı münasibət dünya ermənilərinin yardımları dayandırması ilə nəticələnə bilər.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO