“Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan noyabrın 9-da imzalanması gözlənilən yeni üçtərəfli sənədin Ermənistan üçün süqut olduğunu qeyd edib:
“İmzalanması mümkün görünən sənəd Ermənistanın müharibədən sonrakı kapitulyasiya vəziyyətini möhkəmləndirəcək, onu təsdiq edəcək”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, Ohanyanın fikrincə, Paşinyan hökuməti 2020-ci ildə erməni xalqını aldadıb.
Fraksiya müzakirələri zamanı Ohanyan həmçinin bildirib ki, onların siyasi bloku Zəngəzur koridorunun açılmasını əngəlləməyə çalışacaq. Belə ki, bu işə onlar noyabrın 8-də İrəvanın “Azadlıq Meydanı”nda keçirəcəkləri mitinqlə başlamaq fikrindədirlər.
Bizim.Media