Hengaw İnsan Hüquqları Təşkilatı Güney Azərbaycanın Maku şəhərində hamilə bir xanımın əri tərəfindən yandırılaraq qətlə yetirilməsi ilə bağlı xəbər yayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Hengaw təşkilatı yayıb.
Mənbə yazır ki, hamilə qadının övladının qız olduğu məlum olduqdan sonra əri onu yandıraraq qətlə yetirib.
Yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan qadın bir neçə gün sonra orada vəfat edib.
Hadisənin baş verdiyi Maku şəhərinin Qurişkək kənd sakini bildirib ki, yandırılan xanım 5 qız anası imiş və ultrasəs müayinəsi (sonoqrafi) nəticəsində altıncı övladının da qız olduğunu öyrənən əri qadını yandıraraq qətlə yetirib.
Əldə olunan məlumata görə, cinayəti törətmiş şəxs qaçıb, lakin onun tutulması üçün İran polisi tərəfindən lazımi addımlar atılmayıb.
Bizim.Media