Cənubi Qafqazda 6-cı platforma yaradılır? – Ərdoğan detalları açıqladı

Cənubi Qafqazda 6-cı platforma yaradılır? – Ərdoğan detalları açıqladı

Hazırda oxunan: Cənubi Qafqazda 6-cı platforma yaradılır? – Ərdoğan detalları açıqladı

44097

“Xüsusilə üzərində durduğumuz məsələ Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir”.

Bizim.Media xəbər verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, Cənubi Qafqazda 6-cı platformanın qurulması ilə bağlı danışıqlar davam edir:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Baydenlə görüşü barədə DANIŞDI – Nələri müzakirə ediblər?


“Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan olaraq birgə addımı ataq, bölgədə sülh yaradaq. Bu mövzuda cənab İlham Əliyev zatən Ermənistana sülh təklifi edib. Əgər bu ölkələr hamısı müsbət yanaşarsa, bu platforma yaradılacaq və bölgə barış hövzəsinə çevriləcək”.

Türkiyə Prezidenti yalnız bu halda Ermənistanla əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO