İrəvan Bakıdakı erməni kursundan niyə qorxuya düşüb? – Erməni türkoloqun ŞƏRHİ

İrəvan Bakıdakı erməni kursundan niyə qorxuya düşüb? – Erməni türkoloqun ŞƏRHİ

Hazırda oxunan: İrəvan Bakıdakı erməni kursundan niyə qorxuya düşüb? – Erməni türkoloqun ŞƏRHİ

43915

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində erməni dili kursu açılıb. Həmin kursu Azərbaycan Universitetinin Qafqazşünaslıq kafedrasının pedaqoqu Hüseyn Əsgərov aparır. Kursun məqsədi azərbaycanlı tədqiqatçılara erməni mətbuatını dərindən araşdırmaq, Ermənistanda gedən iqtisadi prosesləri yaxından izləmək imkanı yaratmaqdır.

Bu, informasiya bir neçə gündür ki, rəsmi İrəvanda həyəcan yaradıb. 

Bizim.Media xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan “Sputnik Armenia” nəşrinə açıqlamasında deyib ki, Bakının bu addımı anti-erməni siyasətinin bir hissəsidir və Ermənistana qarşı istifadə olunacaq.

Onun fikrincə, Azərbaycanda dil erməni mədəniyyətinə və ya tarixinə yiyələnmək üçün deyil, anti-erməni təbliğat mexanizmi əldə etmək üçün öyrənilir.

Melkonyanın sözlərinə görə, Azərbaycan dili Ermənistanda 2000-ci ilin ikinci yarısından tədris olunur və artıq bu haqda danışan mütəxəssislər də var:

“Azərbaycanşünaslıq proqramına uyğun olaraq təkcə Azərbaycanın dövlət dili deyil, həm də daxili və xarici siyasəti, tarixi və ədəbiyyatı öyrənilir”.

O, hesab edir ki, bu proqrama dövlət yardımı artırılmalıdır, çünki bu, milli təhlükəsizlik məsələsidir:

“Ermənistan cəmiyyətinin Azərbaycan haqqında ən azı minimal məlumatı olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO