“ABŞ bizə F-16 satmasa, Rusiyadan başqa qırıcı alacağıq” - Çavuşoğlu

“ABŞ bizə F-16 satmasa, Rusiyadan başqa qırıcı alacağıq” - Çavuşoğlu

Hazırda oxunan: “ABŞ bizə F-16 satmasa, Rusiyadan başqa qırıcı alacağıq” - Çavuşoğlu

43679

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ təkmilləşdirilmiş F-16 qırıcılarını satmaqdan imtina edərsə, rəsmi Ankara Rusiyanın hazırladığı Su-35 və Su-57 qırıcılarını almaq variantını nəzərdən keçirə bilər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.

Nazirin sözlərinə görə, hadisələrin bu inkişafı Türkiyə öz təyyarələrini istehsal edənədək davam edəcək.
 

“Bu məsələdə əsas məsələ Ağ Evin mövqeyidir. Co Baydenin administrasiyası Konqresi Türkiyəyə silah satışını dəstəkləməyə razı sala bilər. ABŞ səlahiyyətliləri qətiyyətli olsalar, qanunvericilər qərarı dəstəkləyəcəklər”, - Çavuşoğlu bildirib.


Oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Vaşinqton bir neçə il əvvəl Ankaraya F-35-in əvəzində F-16 qırıcıları verməyi təklif edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO