“2020-ci il dekabrın 17-də müdafiə naziri Vaqarşak Arutyunyan Zəngəzur şəhərlərinin merlərini bir araya toplayaraq bəyan etdi ki, erməni tərəfi Sanasar və Kövsakandakı mövqelərini tərk etməlidir. Bundan sonra Ermənistan Silahlı Qüvvələri öz mövqelərini tərk etdi və həmin ərazilər Azərbaycanın nəzarəti altına keçdi”.
Bizim.Media xəbər verir ki, bunu Sisyanın keçmiş meri Artur Sarkisyan həmin dövrü xatırlayaraq deyib.
“Dekabrın 17-də müdafiə naziri Vaqarşak Arutyunyan Qorusa gəldi. Hamımızı, icma liderlərini dəvət etdi və dedi:
"Sabah saat 5-ə qədər hamınız bütün postlardan çıxmalısınız”. Narahat olduq, çünki ondan əvvəl yüksək vəzifəlilər deyirdilər ki, harada dayanmışıq, orada da qalacağıq.
10 noyabr razılaşmasında belə qeyd olmayıb ki, biz öz mövqelərimizdən əl çəkək. Nazirdən səbəbini soruşduq. “Bilmirəm, sabah saat 5-dək hamınız geri qayıtmalısınız” cavabını verdi.
Mən də ona belə bir sual verdim:
“Cənab nazir, bəlkə bir aydan sonra gəlib bizə deyəcəksiniz ki, Sisyanı da türklərə verdim, çıxın. Onda çıxıb getməliyik?”.
Bizim.Media