"Şərəfim var" blokunun parlament fraksiyasının katibi, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın tərəfdarı Ayk Mamidjanyan tezliklə hakimiyyət üçün "sürpriz" vəd edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “News.am” saytı yayıb.
"Artıq soyuqda çadırlarda gecələyə və küçələri bağlaya biləcəyimizi göstərdik ... Texniki detalları açıqlamaq istəmirəm, amma söz verirəm: sürprizlər olacaq. İştirakçıların sayı 1500-2000 olanda polis onları saxlaya bilməyəcək. Son akkord üçün hazırıq”, deyə müxalifətçi deputat bildirib.
Öz növbəsində “Ermənistan” blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan mitinq hüququnun beynəlxalq hüquqda təsbit edildiyini xatırladıb.
“Bunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Ermənistan hökumətinin hazırda gördüyü işlər açıq olmalıdır. Gizli mövqeyini davam etdirə bilməyəcək”, deyə Minasyan qeyd edib.
Noyabrın 9 və 10-da planlaşdırılan mitinqlərdən danışan Minasyan bildirib ki, artıq müvafiq müraciət meriyaya göndərilib.
"Əhəmiyyətli bir şey olacaq" deyən deputat fikirlərini yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
15:57 / 25.10.2021
Müxalifət Paşinyana "sürpriz" hazırlayır – İRƏVANDA NƏ BAŞ VERİR?
Hazırda oxunan: Müxalifət Paşinyana "sürpriz" hazırlayır – İRƏVANDA NƏ BAŞ VERİR?
Hazırda oxunan: Müxalifət Paşinyana "sürpriz" hazırlayır – İRƏVANDA NƏ BAŞ VERİR?
43166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.