Rusiya MN: ''Sülhməramlılar sayəsində 30 min erməni Xankəndinə qayıdıb''

Rusiya MN: ''Sülhməramlılar sayəsində 30 min erməni Xankəndinə qayıdıb''

Hazırda oxunan: Rusiya MN: ''Sülhməramlılar sayəsində 30 min erməni Xankəndinə qayıdıb''

4297

Rusiya sülhməramlıları Qarabağda sülhün qorunması üçün əlindən gələn hər şeyi edir, artıq onların sayəsində 30 mindən çox insan Xankəndiyə qayıdıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.
 
O bildirib ki, sülhməramlı kontingentin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verib.

"İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə hörmət edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədə sülhü qorumaq üçün hər şeyi edirlər".

Bundan əlavə, Rusiya hərbçiləri ərazini və yolları partlayıcı maddələrdən təmizləyir.

"50 hektar ərazi və 17 kilometrdən çox yol təmizlənib. Mindən çox partlayıcı maddə zərərsizləşdirilib. Laçın dəhlizi və Xankəndiyə gedən magistral yolun 28 km hissəsi təmizlənib. Mülki nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Rusiya sülhməramlıları dəhliz boyunca 3500 nəqliyyat vasitəsini müşayiət edib”, - deyə Şoyqu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO