Ukrayna Krıma görə Polşaya nota göndərdi

Ukrayna Krıma görə Polşaya nota göndərdi

Hazırda oxunan: Ukrayna Krıma görə Polşaya nota göndərdi

4295

Ukrayna Polşa Xarici İşlər Nazirliyinə nota göndərib.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə  Ukrayna səfiri Andery Deşitsa mlumat verib.

Bildirilib ki, Polşadakı müsəlmanların dini təqvimində Krımdakı məscid şəkillərinin altında yarımadanın Rusiya Federasiyasına aid olması barədə  yazı qeyd edilib.

"Cavab olmadığına görə Polşa Xarici İşlər Nazirliyinə mövqeyimizi bildirən bir nota göndərdik”,- deyə səfir əlavə edib.

Diplomatik nümayəndənin sözlərinə görə, səfirlik əvvəlcə təqvimdəki yazının düzəldilməsi tələbi ilə Polşa Müsəlmanlarının Dini Birliyinə müraciət edib:

“Bundan sonra dərnək yazıları elektron versiyada aradan qaldırıb. Lakin biz istəyirik ki, onlar  Krımın Ukraynaya məxsus olduğunu bildirsinlər”- Deşitsa vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO