Ərdoğan və Ruhani Qarabağı müzakirə ediblər

Ərdoğan və Ruhani Qarabağı müzakirə ediblər

Hazırda oxunan: Ərdoğan və Ruhani Qarabağı müzakirə ediblər

4239

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı hər iki ölkənin lideri həm Türkiyə-İran əlaqələri, həm də regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Dağlıq Qaraağ münaqişəsinin yeni bir dövrə qədəm qoyduğunu deyən Ərdoğan, Azərbaycan ərazi bütövlüyü və suverenliyini poza biləcək hər bir hərəkətdən uzaq durmağın vacib olduğunu vurğulayıb:

"Regionda daimi sülh və sabitlik üçün yeni fürsət pəncərələri açılmaqdadır, bu fürsət Ermənistan daxil, bütün region ölkələri üçün əlverişli olacaq".

Qeyd edək ki, Ərdoğan terror nəticəsində qətlə yetirilən İranlı alim Möhsün Fəxrizadənin ölümündən təəssüfləndiyini və İran xalqına, eləcə də mərhumun ailəsinə başsağlığını da ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO