Ermənilər Vanyanı necə öldürdü? – Aleksey Romanovdan AÇIQLAMA - VİDEO

Ermənilər Vanyanı necə öldürdü? – Aleksey Romanovdan AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Ermənilər Vanyanı necə öldürdü? – Aleksey Romanovdan AÇIQLAMA - VİDEO

42313

Erməni hüquq müdafiəçisi Georgi Vanyanın ölümündən danışan rusiyalı jurnalist, bloger Aleksey Romanov onunla söhbətindən və müsahibədən də danışıb. 

“3 metrin 3 metrə birotaqlı balaca evdə yaşayırdı. Tualeti də, iş masası, yemək masası, üzqırxan alətlərinin hamısı eyni stolda idi” sözləri ilə Romanov onun erməni xalqının laqeydliyi nəticəsində öldüyü qənaətindədir.

Bizim.Media xəbər verir ki, verir ki, canlı yayımda bunları deyən Aleksey Romanov 2020-ci il noyabr ayında Vanyanın Paşinyana yolladığı və Azərbaycanla sülh tələbi əks olunan məktubundan, ondan sonra hüquq müdafiəçisinin başına gətirilənlərdən də bəhs edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni dissident Georgi Vanyan koronavirusdan vəfat etdi


Rusiyalı blogerin sözlərinə görə, məktubdan sonra erməni “KQB”si tez-tez onun yanına gəlir və sıxma-boğma tətbiq edirdilər:

“Onun ölümü barədə eşidəndə tez sosial şəbəkə hesabına girdim. Gördüm ki, 38 başsağlığı olan paylaşım var. Rəhmət oxuyanlar arasında azərbaycanlılar, gürcülər, ukraynalılar, ruslar da var idi. Həmin 38 paylaşımdan cəmi biri erməni soyadı ilə idi. Bu laqeydlikdən daha da təsirləndim. Onlar necə böyük bir şəxsiyyəti itirdiklərini bilmirlər”.

Romanov Vanyanın Azərbaycan tərəfindən maliyyələşməsi məsələsinə də  aydınlıq gətirİB. O, bildirib ki, əgər Bakı ona yardım etsəydi, Vanyan dilənçi halında yaşamazdı.

Bizim.Media 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO